Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Şanlıurfa °C

Zalsburqda möhtəşəm Azərbaycan gecəsi keçirilib

Zalsburqda möhtəşəm Azərbaycan gecəsi keçirilib
13.11.2022
A+
A-

 

 

 

Zalsburqda möhtəşəm Azərbaycan gecəsi keçirilib

2022
Zalsburqda möhtəşəm Azərbaycan gecəsi keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Avstriyaya səfəri çərçivəsində Zalsburq şəhər meri Harald Preuner ilə görüşüb.

Görüşdə Komitənin fəaliyyəti, dünya azərbaycanlılarının birliyi, yaşadıqları ölkələrin cəmiyyətlərinə, o cümlədən Avstriya cəmiyyətinə inteqrasiya məsələləri barədə məlumat verilib. Ermənistanın 30 illik işğal dövründə Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarına, Azərbaycanın qazandığı böyük Zəfərin dünya azərbaycanlıları tərəfindən qeyd olunmasına diqqət cəlb edilib.

Görüşdə iştirak edən Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Rövşən Sadıqbəyli Avstriya-Azərbaycan münasibətlərinin tarixi köklərə malik olduğunu, ölkələrimiz arasında həm diplomatik, həm də digər sahələrdə əməkdaşlığın uğurla davam etdiyini bildirib. Azərbaycanın multikultural və tolerant ölkə olduğu, müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan olaraq ölkəmizdə əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı bildirilib.

Zalsburq Universitetinin rektoru prof. Hendrik Lehnert ilə görüşdə isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən diaspor siyasəti, qloballaşma şəraitində diaspor fəaliyyətinin təşkili, Azərbaycan həqiqətlərinin dünyada təbliği, xaricdə yaşayan azərbaycanlıların, o cümlədən Avstriyada təhsil alan azərbaycanlı gənclərin yerli cəmiyyətə inteqrasiya məsələləri barədə məlumat verilib. Görüşdə Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli də iştirak edib.

Komitə sədri daha sonra 8 Noyabr – Zəfər Günü münasibətilə Avstriyanın Zalsburq şəhərində yerləşən Motsarteum Fondunun Böyük Zalında təşkil olunan təntənəli konsert proqramında və rəsmi qəbulda iştirak edib. Azərbaycanın Avstriyadakı səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Zalsburqda fəaliyyət göstərən konsulluqların təmsilçiləri, hökumət nümayəndələri, yerli ictimaiyyətin və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli bu il Azərbaycan və Avstriya arasında diplomatik əlaqələrin qurulmasından bu il 30 il ötdüyü, lakin iki ölkə arasında əlaqələrin tarixi köklərinin daha qədim olduğunu söyləyib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il həm ölkəmizdə, həm də ölkə hüdudlarından kənarda Şuşa şəhərinin 270 illik yubileyi və “Şuşa İli” geniş qeyd edilib. Diplomat Diasporla İş üzrə Dövlət Komitəsinin artıq ikinci ildir bu cür tədbirin təşkilinə dəstək verdiyini xatırladaraq təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edildiyini diqqətə çatdırıb. Şuşanın Azərbaycanın tarixi, mədəni və ictimai-siyasi həyatında mühüm mərkəzlərindən biri olduğu, Şuşa şəhərində toxunulmuş xalçaların hələ 1867-ci ildə Parisdə beynəlxalq sərgidə mükafata layiq görüldüyü vurğulanıb. Komitə sədrinin sözlərinə görə, bu gün dünyanın 13 ölkəsində 19 Azərbaycan Evi fəaliyyət göstərir ki, onlardan da biri Avstriyanın mühüm mədəni mərkəzlərindən biri olan Zalsburq şəhərindədir, iki ölkə arasında mədəni və dostluq əlaqələrinin inkişafı, eləcə də soydaşlarımızın sıx birləşməsi istiqamətində müntəzəm işlər aparılır.

Tədbirin bədii hissəsində xalq artisti, əməkdar incəsənət xadimi Yalçın Adıgözəlovun dirijorluğu ilə Zalsburq Simfonik Orkestri Azərbaycan və Avstriya bəstəkarlarının əsərlərindən ibarət konsert proqramını təqdim edib. Konsert proqramından sonra qonaqlara ziyafət verilib.

 

Qeyd edək ki, dünyanın klassik musiqi mərkəzlərindən biri olan və dahi Volfhanq Amadeus Motsartın doğulduğu Zalsburqda bəstəkarın adını daşıyan fondda ilk dəfə professor Yalçin Adıgözəlovun dirijorluğu ilə Azərbaycan klassik musiqisi səsləndirilib.

 

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

 

kaynak:http://diaspor.gov.az/az/news-detail/zalsburqda-mohtesem-azerbaycan-gecesi-kecirilib-1907

 

 

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.