Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Şanlıurfa °C

Xanəndə Zahid Quliyev , “Azərbaycan Muğam sənəti Qarabağ xanəndələrinin çiynində dayanıb” , Video , Eksklüziv Reportaj

Xanəndə Zahid Quliyev , “Azərbaycan Muğam sənəti Qarabağ xanəndələrinin çiynində dayanıb” , Video , Eksklüziv Reportaj
29.12.2022
A+
A-

 

 

 

 

Ülker Piriyeva – Azerbaycan

“Azərbaycan Muğam sənəti Qarabağ xanəndələrinin çiynində dayanıb” – Video – Eksklüziv Reportaj

Almaniyada yaşayan Xanəndə Zahid Quliyev

“Azərbaycan Muğam sənəti Qarabağ xanəndələrinin çiynində dayanıb.”
Bu fikri Azadmedia.az-ın Redaktoru, 1453 Kral Medianın Azərbaycan təmsilçisi Ülkər Piriyevaya olan açıqlamasında Almaniyada yaşayan Xanəndə Zahid Quliyev bildirib.

Açıklama yok.

Uzun illərdir, Almaniyada yaşayan dəyərli soydaşımız, xanəndəmiz və eyni zamanda işinizlə, sənətinizlə diaspora nümayəndəmiz olaraq Azərbaycan dövlətini layiqincə xaricdə təmsil etmisiniz. Öncəliklə özünüzdən bəhs edərdiniz..

Açıklama yok.

Azərbaycanda, doğma Qarabağ bölgəmizdə Cəbrayıl rayonunda doğulmuşam, Söyüdlü kəndində. Atam aşıq Abdullah olub. Həm sənət adamı olub, həm də həmin dövrdə Cəbrayılda Mədəniyyət idarəsinin rəhbəri olub. Gözümü açandan evimizdə hər zaman tar, kaman görüb onların səsi, avazı ilə böyümüşəm. Çox böyük dövlət adamları, çox böyük sənət, söz adamları həmin vaxtlarda evimizin qonağı olub.

Açıklama yok.

Yaradıcılığa sənət aləmində ilk addımlarım atamın yardımı ilə Tar alətində çalmaqla başladı. Sonradan atam səsimin şahidi oldu. Lakin tövsüyyəsi o idi ki, “Oğul bir əldə iki qarpız tutmaq olmaz.” Hətda məsləhət etdi ki, daha yaxşı olardı, səsinlə irəli gedəsən. O dönəmdə atamın məsləhətini qəbul etdim və bununla əlaqədar olaraq səsimin üzərində çox çalışdım. Həmin illərdə Azərbaycan dövlət radiosunu dinləyirdim. Bəli, o vaxtlar elektrik enerjisi olmadığına görə, evimizdə batareya ilə çalışan kiçik ölçülü radiomuz vardı, onunla dinləyərdim. Çiynimə asar, dağları gəzərdim. Gözəl ustad xanəndələrimiz Cabbarı, Seyyidi, Xan Əmini, Yaqub Əmini, Hacıbaba Hüseynovu dinləyərdim, onların səsləri ruhumu oxşayardı. Elə bu arzu ilə, bu istəklə yola çıxaraq atamla birgə tədbirlərə gedirdim. Dağlarda çobanlar qarşısında, tarlalarda çalışan zəhmətkeşlər qarşısında, fəhlələr qarşısında hələ uşaqlıq illərindən oxumağa başladım. Orta məktəbi bitirdikdən sonra “Asəf Zeynallı adına Bakı Muğam məktəbi”nə qəbul olundum, beş il orda təhsil aldım. Sonra isə Azərbaycan Dövlət İncəsənət Universitetinin Teatr fakültəsinə qəbul oldum. Oranı bitirdikdən sonra universitet rəhbərliyi tərəfindən həmin universitetdə müəllim olaraq saxladılar. Universitetdə oxuduğum illərdə Cabbar Qaryağdı oğlu adına Respublika Muğam müsabiqəsi keçirilirdi. Müsabiqə iki gün müddətində baş tutdu. Həmin müsabiqədə iştirak etdim. Birinci gün keçirilən müsabiqədə 15 nəfərin içində birinci yerə layiq görüldüm. İkinci gün isə 17 nəfərin içində Alim Qasımov birinci yerə layiq görüldü. Müsabiqə zamanı Mədəniyyət Nazirliyinin qərarı belə oldu ki, bir birinci yer olacaqdır. Böyük sənətkarımız Alim Qasımova verildi. Mən də ikinci yerlə qərarlaşdım. Bu müsabiqədən sonra xanəndəlik sənətində, daha yüksək fəaliyyət daha böyük addımlar başladı. Bunun içində həmçinin xarici səfərlərimiz də oldu. İlk dəfə olaraq 1988-ci ildə bizim İsraildə konsertimiz baş tutdu. Elə bu illərdən başlarayaraq artıq, Amerika, Kanada, Avropa, Afrika ölkələrində böyük konsert proqramları ilə çıxış elədik.
Qeyd edim ki, Cabbar Qaryağdıoğlu adına muğam müsabiqəsində laureat adı aldıqdan sonra, o zaman Filarmoniyanın direktoru Polad bülbüloğlu idi, məhz, onun təklifi ilə o zaman biz Muğam üçlüyü yaratdıq. Həmin üçlükdə Tarzən hazırda xalq artisti Möhlət Müslümov, Kamança çalan hazırda xalq artisti Fəxrəddin Dadaşov və Xanəndə olaraq mən ifa edirdim. Lakin mənim hələ fəxri adım yoxdur. Ona da normal yanaşıram, İnşaallah olar..” Az gülmsəyir Zahid müəllim..

Açıklama yok.

“Beləliklə bu üçlüklə biz dünyayı gəzdik. Həmin dövrdə bizim Hollandiyada, Fransada muğam disklərimiz çıxdı, xarici mətbuatda müsahibələrimiz dərc olundu.
Ancaq onu da təəssüflə qeyd edim ki, o illərdə doğma Qarabağımız işğal altına düşdü. Qarabağ şikəstəsini ifa edərkən, hətda konsertlərdən sonra xarici KİV nümayəndələrinin sualı olurdu ki, bu musiqini ifa edərkən sizin kədərinizi hiss edirik. Öz müsahibələrimdə mən də həmişə vurğulayırdım ki, bu musiqi məhz bizim işğal altına düşmüş şikəst olmuş Qarabağ musiqimizdir. Eyni zamanda muğamlarımız və onların qeyri-adi olması barədə olan suallarına cavabım o olurdu ki, Muğam ilk dəfə insan yaranışından dünyaya gələn bir səsdir. Hətda Universitetdə Muğam barədə tədris üçün yazdığım materialda da bunu bildirmişdim. Bəli, muğam qeyri-adi bir musiqi növü olaraq o səsdir ki, orda not olmayıb, məhz, insanların bədahətən ürəklərindən gələn bir səs idi ki, onları ifa edirdilər.
Bildirməliyəm ki, o dönəmdə fransızların Lö Point qəzeti vardı, hətda muğam dinləyənlərin o qəzetdə belə bir fikrinə rastlamışdım – Onlar “Muğamı bütün dünya musiqisinin mənbəyi adlandırmışdılar və bütün dünya musiqisi muğamdan bəhrənilir” deyə fikirlər səsləndirmişdilər.”

Açıklama yok.

“Ancaq sözün doğrusu araşdıranda şahidi oluruq ki, bütün dünya musiqisi elə muğamın üzərindən qurulub. Qısacası istənilən bir rus, bir avropa musiqisinə diqqət yetirsək, orada biz muğamın ştrixlərini görə bilirik. Təxminən 92-ci ildə Fransanın musiqi təşkilatçısı, həmçinin Parisdə Böyük Teatrın direktoru Şərif Xəzinədar və xanımı teatrşünas Fransua Za Gründün də muğamlarımızın Avropa ölkələrində, xüsusilə Fransada inkişafına böyük dəstəkləri olmuşdu. Hətda onların təklifi və təşkilatı dəstəyi ilə ilə “Fransada dünyanın səsi” adlı film yaradıldı. O dönəm, Fransua Za Gründ həmin film üçün xanəndələr seçməyə Azərbaycana gəldi. Flarmoniyanın səhnəsində 30-a yaxın xanəndənin səsisini dinlədi, lentə aldı, adlarımızı qeyd elədi və bildirdi ki, kim seçilsə onun adına dəvətliyə göndəriləcək və o şəxs Fransya gələcək. Mən seçildim, dəvətliyə mənim adıma gəldi və mən iki həftəlik Fransya getdim və o filmə çəkildim. O film bugün də mənim arxivimdə var. Lakin Azərbaycanda hələ yayınlanmayıb. O filmin lent yazısını arxivə verəcəyəm.”

Həmin dönəmdə o filmin ölkəmizdə yayınlanması ilə bağlı Mədəniyyət Nazirliyimizə müraciət etmişdinizmi?

“O zaman bəli, Mədəniyyət Nazirliyimiz də bilirdi ki, bu film var. Sadəcə olaraq, bu filmə qarşı biraz laqeydlik gördüm. Gərək elə olmayaydı. O film gərək, həmin dönəm Azərbaycan xalqına da təqdim olunaydı. Onu da qeyd edim ki, o filmə bizim evdə xeyli sənətkarlarımız baxıb və səsləndirirdilər ki, “Bu filmin əsas süjet xətti muğama həsr olunub.” “Elə bil ki, muğam üzərində qurulub.” Film bir qızın muğama olan heyranlığı, məhəbbəti üzərində qurulub ki, o muğamı oxuyan da o, filmdə mənəm. Bütün fransızların muğamı oxuyan həmin insana heyranlığından bəhs edir. Bir sözlə, muğama ilgi, sevgi ön planda tutulur.”

Şükürlər olsun ki, Qarabağ torpaqlarımız müzəffər Ali Baş Komandanımız və qəhrəman ordumuzun sayəsində işğaldan azad olundu. Ancaq vaxtilə, Qarabağ nisgili və Muğam.. Paralel şəkildə düşünsək əgər, oxşarlığı nədə görürdünüz?

Açıklama yok.

“Öncəliklə onu qeyd edim ki, “Azərbaycan Muğam sənəti Qarabağ xanəndələrinin çiynində dayanıb.” Bu birmənalı şəkildə belədir. Çünki Qarabağda dünyaya gələn dahi muğam ustadlarımızın zəhməti hesabına muğam sənətini yaşadırıq. Onlardan Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Məhəmməd Keçəçioğlu, Məşhədi Məmməd Fərzəliyev, Hacı Hüsü və digərlərinin adlarını çəkə bilərik.. Gələcək üçün yetişən gənclər də bu ənənələrdən dərs alaraq, öyrənərək özlərini inkişaf etdirirlər. Bəli, uzun illər düşmən işğalı altında olan Qarabağın özü muğam beşiyi, muğam vətənidir. Orada yaşadığım illəri xatırladıqca, özüm özlüyümdə belə bir qənaətə gəlirəm ki, doğrudan da, Qarabağ torpağının abu-havası sırf muğam musiqi üçün bir bazadır.

Ancaq təəssüflər olsun ki, Qarabağımız bir neçə mənfur qonşularımızn səyi nəticəsində işğal olundu. İşğal sözü sadə gələ bilər bir çoxlarına, lakin işğal sözünün altında xalqımız çox böyük faciələr yaşadı. Bunlardan ən dəhşətlisi Xocalı faciəsi idi ki, bu insanlığa sığmayan bir dəhşət idi. Bəli, torpaqlarımız 30 ilə yaxın işğal altında qaldı.”

“Məhz, Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra bu yöndə atdığı bütün addımlar ona yönəlmişdi ki, Qarabağ işğaldan azad olunsun. Həm də bütün Azərbaycan siyasi, iqtisadi cəhətdən dünya səviyyəli ölkələr sırasında olsun. Qarabağın işğaldan azad olunması üçün Ümummilli liderin gördüyü işlər misilsiz idi. Onun ilk möhtəşəm addımı o oldu ki, dünya ölkələri ilə neft müqaviləsi bağladı. Bu istiqamətdə fəaliyyəti olduqca təqdirəlayiq idi. Onun misilsiz xidmətinin davamçısı, məhz Heydər Əliyev siyasi akademiyasının davamçısı onun ailəsində böyüyən böyük siyasi lider Prezident İlham Əliyev oldu. Cənab Ali Baş Komandan Ulu Öndərin siyasətinin layiqli davamçısı oldu. Prezident İlham Əliyev Ulu Öndərimizin ideologiyası olan azərbaycançılıq ideologiyası əsasında xalqımızın birliyinə nail oldu, ordumuzun gücləndirdi, ən müasir texnikalarla təmin olunmasına nail oldu. Uzun illər sülh danışıqlar aparılmasına baxmayaraq, Qarabağ məsələsi çözülmürdü, ATƏT-nın MİNSK qrupunun edə bilmədiyini Ali Baş Komandanımız Dəmir Yumruq gücünə həllinə nail oldu. Xaricdə yaşayan azərbaycanlılar olaraq sözün əsl mənasında, 44 gün boyunca Şanlı Zəfərimizin hər bir günü, hər bir anı bizim üçün olduqca qürur verici idi. Baxmayaraq ki şəhidlərimiz oldu, qazilərimiz oldu, ancaq o şəhidlərimizin qanı bahasına, cənab Prezidentimizin düzgün və güclü siyasəti hesabına biz həm savaş meydanında, həm də diplomatiya masasında qalib gəldik. Əlbəttə hər bir ana ağlar qaldığında, hər bir şəhidimiz olduğunda bütün bunlar bizdə böyük yaralar buraxırdı. Ancaq bütün qəhrəman övladlarımız vətən uğrunda şəhid olublar. Hansı ki, noyabr ayında mədəniyyət paytaxtımız Şuşanın alınması ilə və imzaladığımız üçlü müqavilə ilə Azərbaycan dövləti bütün dünyada səs qopardı. Bəlkə də, müharibəyə qədər daha az tanınırdıq, lakin Şanlı Qarabağ Zəfərimizdən sonra bütün dünya Azərbaycanı tanıdı. Bugün artıq, bütün dünya Azərbaycan hərb sitemi məktəbindən, rəşadətli ordumuzdan, müzəffər Ali Baş Komandanımızın siyasətindən danışır.”

 

Xaricdə yaşayan soydaşımız olaraq müharibə dövründə həm soydaşlarımızın fəaliyyəti barədə bir neçə cümlə, həm də Azərbaycan Respublikası Diaspora ilə İş Üzrə Dövlət Komitəmizin fəaliyyətini dəyərləndirərdiniz..

“Bizlər xaricdəki azərbaycanlılar olaraq arxa cəbhədə mübarizə aparırdıq. Komitə tərəfindən diaspor təşkilatlarının Vətən müharibəsi dövründə dünyanın müxtəlif ölkələrində keçirdiyi aksiyalara bütün soydaşlarımız fəal idi, biz Almaniyada yaşayanlar da daxil. Komitə sədri Fuad Muradov tərəfindən xaricdəki azərbaycanlılarla tez-tez keçirilən görüşlər, görülən işlər təqdirə layiq idi. Vətən müharibəsi dövründə xaricdəki soydaşlarımız siyasi görüşündən, düşüncəsindən, yaşadığı ölkədən, çalışdığı yerlərdən asılı olmayaraq, milli birlik nümayiş etdirərək azərbaycançılıq məfkurəsi ətrafında birləşərək bütün imkanları ilə dövlətimizə dəstək göstərirdilər. Onlar qəhrəman ordumuza, yaralı əsgərlərimizə, şəhid ailələrinə, cəbhəboyu ərazilərdə yaralananlara, həmçinin həlak olanların ailələrinə xeyli sayda humanitar yardımlar göndərməklə yanaşı, haqq səsimizin dünyaya çatdırılmasında da böyük fədakarlıq nümayiş etdirirdilər. Qələbədn sonra Komitə tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində baş tutmuş Dünya Azərbaycanlılarının V Qurultayı da xüsusisən diqqətə layiq idi.”

Bir Qarabağlı olaraq doğma Qarabağımızda həyata keçirmək istədiyiniz bir layihəniz varmı?

Əgər varsa, bizim xəbər agentliyi vasitəsilə Cənab Prezidentimizə, Mədəniyyət Nazirliyimizə olan ürək sözlərinizi, fikirlərinizi bildirə bilərsiniz.

“Çox gözəl sualdır. Ümumiyyətlə qəlbən istəyirəm ki, qələbəmizdən sonra Qarabağımızda yaşayım. Çünki uşaqlıq xatirələrim ora ilə bağlıdır və uşaqlıq illərim orda keçib. Əlbəttə vətənimizin hər bir guşəsi mənim üçün əzizdir. Lakin doğulduğum, boya-başa çatdığım o yer mənim üçün daha əzizdir. Əlbəttə cənab Prezidentin Qarabağla bağlı böyük proqramları, planları var. Hazırda, irimiqyaslı layihələr həyata keçirilir. Yeni tikilmiş hava limanlarının, yolların, məktəblərin inşası, Ağalı kəndi və sairə bu yöndə sözsüz ki, yenidənqurma işləri davam edəcəkdir.”

“Mədəniyyət sahəsində də mənim arzularım, idealarım var. Əgər mənim üçün də bir şərait yaradılarsa, öz ideyalarımı Qarabağımızda yüksək səviyyədə həyata keçirərəm. Sırf muğam sahəsində bir çox işlər görərəm. Qeyd edim ki, ilk növbədə Şuşada Muğam məktəbi yaradılmalıdır. Çox arzu edərdim ki, onun yaradılmasında mən də iştirak edim. Digər ideyam ondan ibarətdir ki, Qarabağda öz səs studiyamı yaratmaq istərdim. Məhz Şuşanın özündə, elə Cəbrayılın özündə belə bir studiyanın yaradılması orada doğulan, böyüyən gənclərin gələcəkdə muğama olan marağını artıracaqdır. Yəni hər bir muğam sahəsində səs yazısı və sairə o studiyada həyata keçiriləcək, yəni artıq paytaxta gəlməyə ehtiyac qalmayacaqdır. Bir də məhz, Qarabağda belə bir studiyanın olması oradakı təmiz havadan faydalanaraq daha gözəl nəticəni ortaya qoymağa səbəb verəcəkdir.”

Qardaş Türkiyənin böyük dəstəyi oldu – həm mənəvi, həm siyasi cəhətdən –

Bu mənada qardaş ölkəyə mesajınız nə olardı?

“Bəli, düzgün vurğuladınız, qardaş Türkiyə prezidenti cənab Recep Tayyip Erdoğan başda olmaqla, Türkiyə xalqı bizə həm mənəvi cəhətdən, həm siyasi cəhətdən böyük dəstək nümayiş etdirdilər. Qardaş ölkəyə verdiyi dəstəyə görə minnətdarıq. Əlbəttə, 44 günlük Vətən müharibəmiz zamanı qardaş ölkənin media orqanları Azərbaycanın haqq səsini dünyaya çatdırmaq istiqamətində böyük işlər gördü. Biz Türkiyəyə media sahəsində göstərdiyi dəstəyə görə də təşəkkür edir və bunu yüksək qiymətləndiririk. Biz Ulu Öndərin “Bir millət, İki dövlətik” ideyasını sonuna qədər bütün dünyaya nümayiş etdirdik. Sözsüz ki, biz bir xalq olaraq inanırıq ki, Azərbaycan və Türkiyə prezidentləri dost və qardaş ölkələrimiz və xalqlarımız bundan sonra da bir-birinin yanında olacağıq. Allah Türk dünyasını qorusun!”

Ordumuza mesajınız..

Bəli, 44 günlük Vətən müharibəmiz boyunca yaşanan dəhşətli hadisələr Bərdə faciəsi, Gəncə faciəsi.. Bütün bunlar bizi sarsıtsa da, xalqımız döyüş ruhunu, birliyini və iradəsini itirməyərək daha da əzmlə və mərdcəsinə Ali Baş Komandanı və ordumuzu dəstəkləməyə davam etdi və “Dəmir yumruq” gücünə mərdcəsinə döyüşü davam etdirdi. Beləliklə, həyatını itirmiş qəhrəmanlarımızın, mülki həmvətənlərimizin qisasını rəşadətli Ordumuz döyüş meydanında müvəffəqiyyətlə aldı. Əlbəttə ki, ən müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan rəşadətli Azərbaycan Ordusu tarixi, əzəli torpaqlarımızı işğaldan azad etdi, həm də beynəlxalq hüquq çərçivəsində bunu reallaşdırdı və Böyük Zəfərimizi xalqımızın tarixinə həkk etdi.

Azərbaycanın Vətən müharibəsi nəticəsində öz ərazi bütövlüyünü bərpa etməsi böyük qələbədir və Azərbaycan xalqı tarixi qələbəsini də öz müdrik rəhbərinin başçılığı ilə qazandı.

Yaşasın Müzəffər Ali Baş Komandan!

Yaşasın Rəşadətli Azərbaycan Ordusu!

Allah bütün şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə möhkəm can sağlığı versin!”

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.