Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Şanlıurfa °C

Tehrandakı Səfirliyimizdə törədilmiş terror aktı xarici ekspertlərin gözü ilə

Tehrandakı Səfirliyimizdə törədilmiş terror aktı xarici ekspertlərin gözü ilə
01.02.2023
A+
A-

 

 

 

Tehrandakı Səfirliyimizdə törədilmiş terror aktı xarici ekspertlərin gözü ilə
1 fevral, 2023

Tehrandakı Səfirliyimizdə törədilmiş terror aktı xarici ekspertlərin gözü ilə

Xarici ekspertlər və jurnalistlər Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı xaincəsinə törədilmiş terror aktını regiondakı sülh və normallaşma prosesinə mane olmaq çəhdi kimi qiymətləndirirlər.

Britaniyalı jurnalist və ekspert Neil Vatson, “Dona Gracia” Diplomatiya Mərkəzinin baş direktoru Reyçel Avraham, Fransadakı Diplomatiya və Dialoq üçün Beynəlxalq Şuranın (İCDD) direktoru Erik Gozlan, Braziliya Beynəlxalq Münasibətlər üzrə Jurnalistlər Assosiasiyasının prezidenti Fabiana Ceyhan terror aktını pisləyiblər və Səfirliyimizin təhlkəsizlik xidmətinin rəisi Orxan Əsgərovun həlak olması ilə əlaqədar onun ailəsinə başsağlığı veriblər.

Neil Vatson hesab edir ki, İran Azərbaycan‒Ermənistan münasibətlərinin normallaşmasının istənilən perspektivini puça çıxarmaq istəyir, çünki bu, Azərbaycanı regionda daha güclü edəcək. “İran rejimi Azərbaycan‒Türkiyə müttəfiqliyini sarsıtmaq istəyir və İsrailə Cənubi Qafqazda müttəfiq qazandıran güclü Azərbaycan‒İsrail münasibətini sevmir. İran beynəlxalq qanunları və ya təşkilatları saymır”, ‒ deyə N.Vatson vurğulayıb.

Reyçel Avraham xatırladıb ki, bu dəhşətli hücum İranın terrorizmin himayədarı olmasının daha bir nümunəsidir. “İran 1979-cu ildə Amerika səfirliyinə, 1992-ci ildə İsrailin Argentinadakı səfirliyinə hücum edib, indi – 2023-cü ildə – Azərbaycanın İrandakı səfirliyini hədəf alıb”.

Terror aktından məyus olduğunu bildirən Erik Gozlan nəzərə çatdırıb ki, terror qorxaqların, arqumenti olmayanların və sülhdən imtina edənlərin silahıdır. “Bəzi insanlar Qafqazda sülhü istəmir, lakin bu, hər şeydən əvvəl İranın bu münaqişədə iştirakını göstərir. Avropa və Birləşmiş Ştatlar anlamalıdır ki, İran Qafqazda müharibə oyunu oynayır və onlar nəhayət molla rejiminə yaxın olanların hamısının bu prosesdən kənarlaşdırılmasını tələb edərək, sülhə təkan verməlidir”, ‒ deyə ekspert beynəlxalq birliyi hərəkətə keçməyə çağırıb.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/tehrandaki-sefirliyimizde-toredilmis-terror-akti-xarici-ekspertlerin-gozu-ile-2309

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.