Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Şanlıurfa °C

IV Yay Düşərgəsinin iştirakçılarına Heydər Əliyevin həyat yolundan və misilsiz xidmətlərindən bəhs olunub

IV Yay Düşərgəsinin iştirakçılarına Heydər Əliyevin həyat yolundan və misilsiz xidmətlərindən bəhs olunub
15.08.2023
A+
A-

 

 

 

 

 

IV Yay Düşərgəsinin iştirakçılarına Heydər Əliyevin həyat yolundan və misilsiz xidmətlərindən bəhs olunub

14 avqust, 2023

 

 

 

 

 

IV Yay Düşərgəsinin iştirakçılarına Heydər Əliyevin həyat yolundan və misilsiz xidmətlərindən bəhs olunub

“Heydər Əliyev İli” çərçivəsində Naxçıvanda keçirilən Diaspor Gənclərinin IV Yay Düşərgəsinin I paneli “Ulu öndər Heydər Əliyevin həyat yolu” mövzusuna həsr olunub.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun moderatorluğu ilə keçirilən paneldə millət vəkili, AMEA-nın həqiqi üzvü, Filologiya elmləri doktoru, professor Rafael Hüseynov, Azərbaycanın sabiq baş naziri və keçmiş xarici işlər naziri Həsən Həsənov, sabiq xarici işlər naziri, ölkəmizin Bosniya və Hersoqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev çıxış ediblər.

 

 

 

 

 

Panel iştirakçılarını və qonaqları salamlayan Komitə sədri müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin ölkə tarixindəki müstəsna rolundan danışıb. Diaspor Gənclərinin IV Yay Düşərgəsində “Ulu öndər Heydər Əliyevin həyat yolu” panelinin təşkilinin diaspor gənclərinin görkəmli dövlət xadiminin misilsiz tarixi xidmətləri barədə məlumatlandırılmasında xüsusi əhəmiyyət daşıdığını söyləyib. Vaxtilə Heydər Əliyevlə bir komandada çalışmış tanınmış şəxslərin tədbirdə iştirak etməsini, ulu öndərin həyat yolu barədə danışmasının böyük önəm kəsb etdiyini və diaspor gəncləri üçün çox böyük məlumat bazası olacağını diqqətə çatdırıb.

Heydər Əliyevin siyasi olimpə yenidən yüksəlişinin qədim Naxçıvan torpaqlarından başladığını vurğulayan Həsən Həsənov qeyd edib ki, hələ sovet dövründə Azərbaycana rəhbərlik edən Heydər Əliyev müstəqillik dövrünün gələcəyini hər kəsdən daha yaxşı bilir və o zamandan respublikamızı azadlıq mərhələsinə hazırlayırdı.

 

 

 

 

 

Heydər Əliyevin xarici siyasət və diaspor quruculuğu sahələrində xidmətlərindən söz açan Vilayət Quliyev nəzərə çatdırıb ki, xaricdəki diaspor təşkilatları zamanla Heydər Əliyevin istədiyi səviyyəyə yüksəlib.

Rafael Hüseynov bildirib ki, Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı azərbaycanlılarla mütləq görüşürdü və tövsiyyələrini verirdi. “Mən bunun şəxsən şahidi olmuşam. Ulu öndər millətimizin bütövləşməsində müstəsna xidmətləri olan ən böyük tarixi şəxsiyyətlərdən biridir”.

Tədbir panel iştirakçıları ilə maraqlı debatla davam edib. Debatda fəal iştirak edən düşərgə iştirakçıları həm Heydər Əliyevin siyasi fəaliyyəti, Azərbaycan tarixindəki rolu ilə yanaşı, Azərbaycan tarixi, Azərbaycan dilinin qorunub saxlanılması, milli məfkurənin inkişafı, milli kimlik və sair məsələlərlə bağlı qonaqlara çoxlu sayda suallar ünvanlayıblar.

 

 

 

 

Eyni zamanda diaspor gəncləri belə maraqlı panelin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda diaspor gənclərinə parlaq və xarizmatik şəxsiyyət Heydər Əliyevə həsr olunmuş kitab, eləcə də Azərbaycan tarixini və coğrafiyasını əhatə edən atlas hədiyyə edilib.

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/iv-yay-dusergesinin-istirakcilarina-heyder-eliyevin-heyat-yolundan-ve-misilsiz-xidmetlerinden-behs-olunub-3329

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.