Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Şanlıurfa °C

İsveçrədə fəaliyyət göstərən “Azərbaycanın Dostları” Birliyinin 15 illik yubileyi qeyd olunub

13.04.2024
A+
A-

İsveçrədə fəaliyyət göstərən “Azərbaycanın Dostları” Birliyinin 15 illik yubileyi qeyd olunub

2024

 

 

 

İsveçrədə fəaliyyət göstərən “Azərbaycanın Dostları” Birliyinin 15 illik yubileyi qeyd olunub
İsveçrənin Sürix şəhərində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Azərbaycanın Dostları” Birliyinin 15 illik yubileyi qeyd olunub. Tədbirdə çıxış edən Arzu Əliyeva Bodmer və Ramilə Mehdiyeva tədbirdə iştirak edənlərə birliyin yaranma tarixi barədə məlumat verib.

Birliyin təşkil etdiyi tədbirlər haqqında videoçarxın nümayişindən sonra ötən 15 ildə görülmüş işlərdən, İsveçrədə diaspor quruculuğundan danışılıb, birliyin idarə heyətində fəal şəxslər xüsusi qeyd olunub və onlara minnətdarlıq bildirilib.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin Birliyin fəaliyyətini hər zaman dəstəkləməsi vurğulanıb.

“Azərbaycanın Dostları” Birliyinin 15 illik yubileyini təbrik üçün tədbirdə digər diaspor təşkilatlarından qonaqlar, o cümlədən Latviya və Norveç diasporlarının sədrləri, Latviya Parlamentinin deputatı Amil Səlimov, Oslonun Östenşö bələdiyyəsinin komitə üzvü Ramil Əliyev və başqaları iştirak ediblər.

Yubiley tədbiri Azərbaycandan dəvət olunmuş sənətçilərin ifasında milli musiqinin səsləndirilməsi, rəqslərin nümayişi ilə başa çatıb.

 

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/isvecrede-fealiyyet-gosteren-azerbaycanin-dostlari-birliyinin-15-illik-yubileyi-qeyd-olunub-4536

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.