DOLAR

Alış:
Warning: Undefined variable $dolarAlis in /home/u683262013/domains/birecikte.com/public_html/wp-content/themes/ohaber/parts/currency.php on line 34

Satış:
Warning: Undefined variable $dolarSatis in /home/u683262013/domains/birecikte.com/public_html/wp-content/themes/ohaber/parts/currency.php on line 35

EURO

Alış:
Warning: Undefined variable $euroAlis in /home/u683262013/domains/birecikte.com/public_html/wp-content/themes/ohaber/parts/currency.php on line 39

Satış:
Warning: Undefined variable $euroSatis in /home/u683262013/domains/birecikte.com/public_html/wp-content/themes/ohaber/parts/currency.php on line 40

GBP

Alış:
Warning: Undefined variable $sterAlis in /home/u683262013/domains/birecikte.com/public_html/wp-content/themes/ohaber/parts/currency.php on line 44

Satış:
Warning: Undefined variable $sterSatis in /home/u683262013/domains/birecikte.com/public_html/wp-content/themes/ohaber/parts/currency.php on line 45

Ana Sayfa KÜLTÜR SANAT 18 Mayıs 2023

Girne şəhərində “Multikultural Beynəlxalq Uşaq Festivalı” təşkil edilib

 

 

 

Girne şəhərində “Multikultural Beynəlxalq Uşaq Festivalı” təşkil edilib
, 2023

Girne şəhərində “Multikultural Beynəlxalq Uşaq Festivalı” təşkil edilib

Şimali Kipr Türk Respublikasının Girne şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Multikultural Beynəlxalq Uşaq Festivalı” tədbiri keçirilib.

Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində baş tutan tədbirdə adada yaşayan 200-dən çox yerli və əcnəbi ailələrin övladları iştirak ediblər.

 

 

 

Tədbir iştirakçılarını salamlayan Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu bildirib ki, 1923-cü il xalqımızın tarixində çox böyük önəm daşıyır: “Xalqımızın böyük öndəri Heydər Əliyev məhz həmin ildə dünyaya göz açıb. 2023-cü ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə elan olunmuş “Heydər Əliyev İli”ndə Azərbaycanda və xarici ölkələrdə müxtəlif tədbirlər həyata keçirilir. Şimali Kiprdə aktiv fəaliyyət göstərən bir təşkilat olaraq bu gün gələcəyimiz olan uşaqlar üçün “Multikultural Beynəlxalq Uşaq Festivalı” keçirməyimiz təsadüfi deyil. Zəngin mədəniyyətə malik Azərbaycanda multikulturalizm və tolerantlıq dəyərlərinə çox yüksək səviyyədə və böyük hörmətlə yanaşılır”, – deyə cəmiyyət sədri vurğulayıb.

Festivalda müxtəlif sənətçilərin və Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşlarının ifasında konsert proqramı təqdim olunub. Uşaqlar əyləncəli oyunlarda fəal iştirak ediblər və rəsmlər çəkiblər.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/girne-seherinde-multikultural-beynelxalq-usaq-festivali-teskil-edilib-2968

 

 

BEYNSOFT