DOLAR

Alış:
Warning: Undefined variable $dolarAlis in /home/u683262013/domains/birecikte.com/public_html/wp-content/themes/ohaber/parts/currency.php on line 34

Satış:
Warning: Undefined variable $dolarSatis in /home/u683262013/domains/birecikte.com/public_html/wp-content/themes/ohaber/parts/currency.php on line 35

EURO

Alış:
Warning: Undefined variable $euroAlis in /home/u683262013/domains/birecikte.com/public_html/wp-content/themes/ohaber/parts/currency.php on line 39

Satış:
Warning: Undefined variable $euroSatis in /home/u683262013/domains/birecikte.com/public_html/wp-content/themes/ohaber/parts/currency.php on line 40

GBP

Alış:
Warning: Undefined variable $sterAlis in /home/u683262013/domains/birecikte.com/public_html/wp-content/themes/ohaber/parts/currency.php on line 44

Satış:
Warning: Undefined variable $sterSatis in /home/u683262013/domains/birecikte.com/public_html/wp-content/themes/ohaber/parts/currency.php on line 45

Ana Sayfa DÜNYA 5 Haziran 2023

Diasporumuz Klaypeda şəhərində “Milli Mədəniyyətlər Günü” festivalında iştirak edib

Diasporumuz Klaypeda şəhərində “Milli Mədəniyyətlər Günü” festivalında iştirak edib

 

 

 

 

, 2023
Diasporumuz Klaypeda şəhərində “Milli Mədəniyyətlər Günü” festivalında iştirak edib

 

 

 

 

Litvanın Klaypeda şəhərində keçirilən “Milli Mədəniyyətlər Günü” festivalında Azərbaycanı bu ölkədə fəaliyyət göstərən “Azəris” Cəmiyyəti təmsil edib.

 

 

 

 

 

Klaypeda Milli Mədəniyyətlər Mərkəzinin təşkilatçılığı ilə keçirilən təntənəli festival bu il Klaypeda diyarının Litvaya birləşdirilməsinin 100 illiyinə həsr olunub.

Bayram tədbiri zamanı festival iştirakçılarının mərkəzi küçələrlə qala-konsertin keçiriləcəyi “Arka” abidəsinə qədər möhtəşəm yürüşü keçirilib. Onların arasında Azərbaycan bayrağını qürurla daşıyan milli geyimli “Azəris” Cəmiyyətinin fəalları da olub.

Tədbir iştirakçılarını bir neçə dildə salamlayan Klaypeda meri Arvidas Vayktus çoxmillətli şəhərə və ona mədəni müxtəliflik bəxş edən icmaların nümayəndələrinə xoş arzularını ifadə edib.

3 saat davam edən qala-konsertdə Rəna Məmmədovanın rəhbərlik etdiyi “Azəris” Azərbaycan həftəsonu məktəbinin yetirmələri milli rəqslərimizi nümayiş etdiriblər.

 

 

 

 

 

Dane çayı yaxınlığındakı yarmarkada qurulmuş Azərbaycan pavilyonunda isə xalqımızın zəngin mədəniyyətini, milli adət-ənənələrini və mətbəxini əks etdirən nümunələr təqdim olunub.

 

 

 

 

Qeyd edək ki, “Azəris” Cəmiyyətinə Klaypeda şəhərində yaşayan Əliağa Məmmədov rəhbərlik edir.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/diasporumuz-klaypeda-seherinde-milli-medeniyyetler-gunu-festivalinda-istirak-edib-3051

BEYNSOFT