Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Şanlıurfa °C

Diaspor fəalı Almaniyanın xarici işlər nazirini dürüst danışmağa çağırıb

Diaspor fəalı Almaniyanın xarici işlər nazirini dürüst danışmağa çağırıb
03.10.2023
A+
A-

 

 

 

Diaspor fəalı Almaniyanın xarici işlər nazirini dürüst danışmağa çağırıb

, 2023

Diaspor fəalı Almaniyanın xarici işlər nazirini dürüst danışmağa çağırıb

 

 

Almaniyada yaşayan diaspor fəalı Asəf Əsgər beynəlxalq platformalarda ölkəmizə qarşı ədalətsiz mövqe sərgiləyən və həqiqətdən kənar iddialar səsləndirən Almaniyanın xarici işlər naziri Annalena Berboka müraciət edib.

 

 

Müraciətdə bildirilib ki, beynəlxalq hüquq normalarına və demokratik dəyərlərə əməl etmək öhdəliyi daşıyan Almaniya kimi bir ölkənin xarici siyasətinə rəhbərlik edən nazirin BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycanın ünvanına saxta ittihamlar və yalanlar səsləndirməsi qəbuledilməzdir.

 

 

Diaspor fəalı almaniyalı naziri Azərbaycanın inzibati bölgəsi olan Qarabağın adını düzgün ifadə etməyə və Qarabağ həqiqətlərini BMT kimi mötəbər tribunadan dünya ictimaiyyətinə dürüst şəkildə çatdırmağa çağırıb: “Siz BMT-nin tribunasından coxsaylı insanın qətlə yetirildiyini qeyd etdiniz. Ermənistanın baş naziri isə vəziyyətin ümumilikdə sabit olduğunu, dinc əhali arasında kütləvi qurbanlar olmasına dair xəbərlərin həqiqəti əks etdirmədiyini bildirdi. İndi biz sizə inanaq, yoxsa Ermənistanın baş nazirinə?”

Müraciətdə Avropanın və Almaniyanın 30 ilə yaxın dövrdə Ermənistan tərəfindən Azərbaycan torpaqlarında törətdiyi qəsbkar siyasətə və bəşəri cinayətə səssiz qaldığı bir daha vurğulanıb: “Nədənsə Avropa və Almaniya heç 1 milyona yaxın Azərbaycan qaçqını və öz vətənində məcburi köçkünə çevrilmiş azərbaycanlılarla maraqlanmırdı. Sizcə, həmin azərbaycanlılar arasında hamilə qadın, körpə uşaq, yaşlı insan yox idi? Siz axı Almaniyanın xarici işlər nazirisiniz və beynəlxalq hüququ yaxşı bilməlisiniz. Sizin birtərəfli, ermənipərəst çıxışınız Azərbaycan xalqı və Almaniyada yaşayan Azərbaycan icması tərəfindən haqlı olaraq narazılıqla qarşılanıb”.

 

 

 

O bildirib ki, erməni separatçılarının 19 sentyabr 2023-cü il tarixli mina terrorunun azərbaycanlı qurbanlarının fotolarını nazirə göndərəcək: “Açıb baxın və Azərbaycan xalqından üzr istəyin!”

Nazirin yadına salınıb ki, xalqların öz müqəddəratını təyin etməsi prinsipi “dövlətin içində ayrı dövlət qurmaq” anlamı daşımır: “Əgər elədirsə, gərək rəsmi Berlin çoxdan türk millətinə Almaniyada dövlət quraydı. Çünki Almaniyada türklər Qarabağda olan ermənilərdən ən azı 30 dəfə coxdur. Almaniyanın Federal Statistik İdarəsinin məlumatına görə, Almaniyada 3,5 milyon yarımdan artıq türk yaşayır”.

 

 

 

 

Həmyerlimiz bildirib ki, sülhsevər və multikultural dəyərlərə malik Azərbaycan dövləti Qarabağdakı erməni icmasının reinteqrasiyası məqsədilə bütün qanuni addımları atır.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/diaspor-feali-almaniyanin-xarici-isler-nazirini-durust-danismaga-cagirib-3623

 

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.