Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Şanlıurfa °C

Azərbaycanlı rəssam Qazaxıstandakı beynəlxalq simpoziumda ölkəmizi təmsil edib

Azərbaycanlı rəssam Qazaxıstandakı beynəlxalq simpoziumda ölkəmizi təmsil edib
07.09.2023
A+
A-

 

 

 

Azərbaycanlı rəssam Qazaxıstandakı beynəlxalq simpoziumda ölkəmizi təmsil edib

, 2023

Azərbaycanlı rəssam Qazaxıstandakı beynəlxalq simpoziumda ölkəmizi təmsil edib

 

 

 

Fransadakı Azərbaycan icmasının fəal üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının dosenti, əməkdar rəssam Əsmər Nərimanbəyova Qazaxıstanda keçirilmiş “Botay – Böyük çölün mədəniyyəti” adlı rəssamların II Beynəlxalq simpoziumda iştirak edib.

 

 

 

Simpoziumda dünyanın doqquz ölkəsini təmsil edən 20 rəssam regionun tarixi-mədəni irsi ilə tanış olub, yeniyetmələr üçün ustad dərsləri keçib, “Botay” Respublika Dövlət Muzey-Qoruğunun və Ayırtau rayonunun Şalkar-İmantau kurort zonasının ərazisindəki plenerə qatılıb.

 

 

 

Əsmər Nərimanbəyova bildirib ki, çox maraqlı və dolğun proqrama malik tədbirin ilk həftəsində rəssamlar təbiətin qoynunda işləyiblər, ikinci həftə isə işi Petropavlovskda və emalatxanalarda davam etdiriblər. Simpozium çərçivəsində müxtəlif üslubda yaradılan yüzdən çox rəsm əsəri hesabat sərgisində nümayiş etdirilib.

 

 

 

 

Onun fikrincə, bu cür simpoziumlar gözəl təşəbbüsdür, çünki dünyanın müxtəlif ölkələrindən olan rəssamlar bir məkanda görüşə, ünsiyyət qura, təcrübə mübadiləsi apara bilirlər. “On beş gün ərzində mən hesabat sərgisi üçün 6 rəsm əsəri çəkdim. Eyni zamanda, biz uşaq evlərində ustad dərsləri keçdik. Bu çox gözəl, müsbət prosesdir. Uşaqlar rəsm əsərlərini bizimlə birlikdə çəkirdilər. Mən uzun kağız rulon üzərində birlikdə rəsm çəkmək ideyasını irəli sürdüm. Biz bu təcrübəni vidalaşmadan öncəki son gün özümüz təkrar etdik— hazır kompozisiyaya elementlər əlavə etdik”, – deyə rəssam əlavə edib.

Qeyd edək ki, təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da tanınan Əsmər Nərimanbəyova xalq rəssamı Toğrul Nərimanbəyovun və əməkdar rəssam, heykəltaraş Elmira Hüseynovanın övladıdır. 1996-cı ildən Fransada yaşayıb-yaradan Əsmər Nərimanbəyova diaspor fəaliyyəti ilə də məşğul olur. O, Parisdə fəaliyyət göstərən “Natəvan” Azərbaycan həftəsonu məktəbində rəsm dərsini tədris edir.

 

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/azerbaycanli-ressam-qazaxistandaki-beynelxalq-simpoziumda-olkemizi-temsil-edib-3433

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.