Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Şanlıurfa °C

Azərbaycan və Türkiyə prezidentləri 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin və “Bilim Bakı” mərkəzinin açılışında iştirak ediblər

Azərbaycan və Türkiyə prezidentləri 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin və “Bilim Bakı” mərkəzinin açılışında iştirak ediblər
29.05.2022
A+
A-

Azərbaycan və Türkiyə prezidentləri 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin və “Bilim Bakı” mərkəzinin açılışında iştirak ediblər

28 may 2022,

Azərbaycan və Türkiyə prezidentləri 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin və “Bilim Bakı” mərkəzinin açılışında iştirak ediblər
Mayın 28-də Bakıda 7 saylı “ASAN xidmət” mərkəzinin və “Bilim Bakı” mərkəzinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılışda iştirak ediblər.

Dövlət başçılarına məlumat verildi ki, paytaxtda tikilmiş yeni “ASAN Həyat” Kompleksi üç hissədən ibarətdir. Kompleksdə 7 saylı Bakı “ASAN xidmət” mərkəzi və “INNOLAND”, “Bilim Bakı” mərkəzi və ASAN İnnovativ İnkişaf Mərkəzi, həmçinin Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatının yeni inzibati binası yerləşir.

Bildirildi ki, tikintisinə 2019-cu ildə başlanılan kompleksin iki hissəsi – “ASAN xidmət” mərkəzi və “INNOLAND”, “Bilim Bakı” və ASAN İnnovativ İnkişaf mərkəzlərinin inşası 2022-ci ilin mayında başa çatdırılıb. Üçüncü hissə isə cari ilin sonunadək hazır olacaq.

Kompleksdə yerləşən “ASAN xidmət” mərkəzi Bakıda yeddinci, ümumilikdə ölkə üzrə 23-cü mərkəzdir. Mərkəz Bakıda xidmətlərə artan ciddi tələbat nəzərə alınaraq inşa edilib və ərazi məhdudiyyəti olmadan vətəndaşlara xidmət göstərəcək. Ümumilikdə 288 əməkdaşın və 50 könüllünün çalışacağı mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 325-dən çox xidmət həyata keçiriləcək.

Qeyd edək ki, mərkəzdə “ABAD” publik hüquqi şəxsin sayca 11-ci etnobutiki, habelə 2-ci “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti də nəzərdə tutulur. Fəaliyyətə 2018-ci ilin noyabrından başlayan “INNOLAND” tərəfindən bu günədək inkubasiya dövründə 50, akselerasiya dövründə isə 36 startap ilə iş həyata keçirilir. “INNOLAND” Türkiyə, Macarıstan, Makedoniya, Koreya Respublikası, ABŞ, Almaniya, Litva və Estoniya kimi ölkələrdən olan təşkilatlarla beynəlxalq əməkdaşlıq qurub.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “ASAN xidmət” və “Bilim Bakı” mərkəzlərini işə saldılar.

Sonra dövlət başçıları “Bilim Bakı” mərkəzi ilə tanış oldular.

Məlumat verildi ki, bu mərkəz Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə təsisçisi Selçuk Bayraktar olan Türkiyə Texnologiya Komandası Vəqfi arasında imzalanmış əməkdaşlıq barədə protokola əsasən yaradılıb. Mərkəzin fəaliyyəti ümumtəhsil mərkəzlərinin 6-14 yaş arası şagirdlərinin elmə, innovasiyaya və texnologiyaya marağını və biliklərini artırmağa yönəlib, elmi biliklərin təcrübədə necə tətbiq olunduğunu müşahidə etmək imkanı yaradır. Mərkəzdə hər biri 20 şagird yerlik 6 laboratoriya fəaliyyət göstərəcək. Bunlar təbiət elmləri, texnologiya, riyaziyyat, astronomiya, kosmos və aviasiya, dizayn və sahibkarlıq laboratoriyalarıdır.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan laboratoriyalarda təcrübə aparan şagirdlərlə söhbət etdilər.

Bildirildi ki, “Bilim Bakı” mərkəzində perspektiv ehtiyacları nəzərə alan, layihə əsaslı, gündəlik həyat problemlərinin həllinə yönələn və şagirdlərə XXI əsrin bacarıqlarına yiyələnmək imkanı verən “Deneyap Texnologiya” proqramı həyata keçiriləcək. Burada 11 əməkdaş fəaliyyət göstərəcək və Türkiyə Texnologiya Komandası Vəqfinin təlim proqramı əsasında tədris aparılacaq. Müvafiq təlim proqramı Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılıb.

Kompleksdə ASAN İnnovativ İnkişaf Mərkəzi də fəaliyyət göstərəcək. Bu mərkəzin əsas məqsədi qabaqcıl ASAN təcrübəsini, innovativ və yeni təlim metodlarını tətbiq etməklə ölkəmizdə müxtəlif özəl və dövlət orqanlarında vətəndaşlara xidmət sahəsində kadrların peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə töhfə vermək, bilik və bacarıqların artırılması istiqamətində təlimlər həyata keçirməkdir.

Dövlət başçılarına məlumat verildi ki, Azərbaycanın intellektual brendi olan ASAN konsepsiyası həm də ixrac səbətində yer alır. Agentliyin ekspertləri tərəfindən müxtəlif ölkələrdə təlimlər keçirilir, beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirilir. İndiyədək Dövlət Agentliyi və tabeliyindəki qurumlar öz fəaliyyətləri çərçivəsində 15 ölkə və 2 beynəlxalq təşkilatla müqavilələr imzalayıblar.

Sonda Azərbaycan və Türkiyə prezidentlərinə xatirə hədiyyələri təqdim olundu.

Qeyd edək ki, hazırda Azərbaycanda 22 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir, 5-nin isə inşası davam etdirilir. Bu günədək “ASAN xidmət” mərkəzlərinə 8 milyon 88 mindən çox vətəndaşın 52 milyondan çox müraciəti daxil olub. Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə də vətəndaşlara xidmətlər göstərilir. Keçirilən rəy sorğularına əsasən, vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir.

Böyük ölçüdə şəkillər

BÜTÜN YAZILAR

XƏBƏRLƏR
SƏNƏDLƏR
VİDEOLAR
ŞƏKİLLƏR

kaynak:https://president.az/az/articles/view/56246

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.