DOLAR

Alış:
Warning: Undefined variable $dolarAlis in /home/u683262013/domains/birecikte.com/public_html/wp-content/themes/ohaber/parts/currency.php on line 34

Satış:
Warning: Undefined variable $dolarSatis in /home/u683262013/domains/birecikte.com/public_html/wp-content/themes/ohaber/parts/currency.php on line 35

EURO

Alış:
Warning: Undefined variable $euroAlis in /home/u683262013/domains/birecikte.com/public_html/wp-content/themes/ohaber/parts/currency.php on line 39

Satış:
Warning: Undefined variable $euroSatis in /home/u683262013/domains/birecikte.com/public_html/wp-content/themes/ohaber/parts/currency.php on line 40

GBP

Alış:
Warning: Undefined variable $sterAlis in /home/u683262013/domains/birecikte.com/public_html/wp-content/themes/ohaber/parts/currency.php on line 44

Satış:
Warning: Undefined variable $sterSatis in /home/u683262013/domains/birecikte.com/public_html/wp-content/themes/ohaber/parts/currency.php on line 45

Ana Sayfa DÜNYA 27 Kasım 2023

İlham Əliyev BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibini qəbul edib

 

 

 

İlham Əliyev BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibini qəbul edib

 

 

2023,
İlham Əliyev BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı katibi xanım Armida Salsiya Alişahbananı qəbul edib.

 

 

 

Armida Salsiya Alişahbanan BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümündə Azərbaycanda Zirvə görüşünün keçirilməsinin əlamətdar hadisə olduğunu vurğulayaraq, bu münasibətlə ev sahibi və sədr qismində Azərbaycan Respublikasına təbriklərini çatdırdı.

 

 

 

Dövlətimizin başçısı bildirdi ki, ölkəmiz 1992-ci ildə BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasına üzv olub və Azərbaycanın bu təsisatın əksər üzv dövlətləri ilə yüksək səviyyədə siyasi münasibətləri var.

Xüsusilə nəqliyyat, rəqəmsallaşma, enerji sahələrində və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq üçün UNESCAP-ın vacib platforma olduğunu bildirən Prezident İlham Əliyev UNESCAP və SPECA regionları arasında gələcək əməkdaşlıq imkanlarının da mümkünlüyünə toxundu, nəqliyyat sahəsində işbirliyini xüsusilə qeyd etdi.

 

 

 

 

 

Dövlətimizin başçısı region ölkələri ilə birlikdə, xüsusən də Orta Dəhliz, Xəzər və Qara dənizləri birləşdirən nəqliyyat dəhlizlərinin inkişaf konsepsiyası haqqında məlumat verdi, nəqliyyat daşımalarının rəqəmsallaşdırılması, vahid tarif və standartların tətbiq edilməsinin vacibliyini diqqətə çatdırdı.

Söhbət zamanı ölkəmizin UNESCAP çərçivəsində Trans-Asiya dəmir yolu Sazişi şəbəkəsi, Asiya quru limanları üzrə hökumətlərarası Saziş və digər hökumətlərarası sazişlərdə iştirakı məsələsi qeyd edildi.

Görüşdə ölkəmizlə UNESCAP arasında əlaqələrin genişləndirilməsi və bu təsisatın müvafiq iclaslarının Azərbaycanda keçirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Böyük ölçüdə şəkillər
BÜTÜN YAZILAR
XƏBƏRLƏR
SƏNƏDLƏR
VİDEOLAR
ŞƏKİLLƏR

kaynak:https://president.az/az/articles/view/62318

 

 

 

Benzer Haberler

BEYNSOFT