Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Şanlıurfa °C

Komitə sədrinin Kanada XİN-in parlament katibi və “Peys Hüquq Firması”nın rəhbəri ilə görüşləri keçirilib

Komitə sədrinin Kanada XİN-in parlament katibi və “Peys Hüquq Firması”nın rəhbəri ilə görüşləri keçirilib
11.04.2023
A+
A-

 

 

 

Komitə sədrinin Kanada XİN-in parlament katibi və “Peys Hüquq Firması”nın rəhbəri ilə görüşləri keçirilib
, 2023
Komitə sədrinin Kanada XİN-in parlament katibi və “Peys Hüquq Firması”nın rəhbəri ilə görüşləri keçirilib

 

 

 

Kanadaya səfəri çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Xarici İşlər Nazirliyinin (XİN) parlament katibi Robert Olifantla görüşü keçirilib.

Azərbaycan dövlətinin diaspor siyasəti, Komitənin fəaliyyət istiqamətləri, dünyanın 70-dən çox ölkəsində 50 milyona yaxın azərbaycanlının yaşaması, Azərbaycan Prezidentinin tövsiyələri əsasında xaricdəki icmalarımızla, o cümlədən Kanadada yaşayan soydaşlarımızla sıx əlaqə saxlanılması, onların təşkilatlanması istiqamətində atılan addımlar və həyata keçirilən layihələr XİN parlament katibinin nəzərinə çatdırılıb.

 

 

 

 

 

Cənubi Qafqazın lider dövləti olan müasir Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu, azad olunmuş torpaqlarımızda irimiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı, xalqımızın bölgədə yalnız davamlı sülhün bərqərar olmasını istədiyi və Azərbaycan dövlətinin bu istiqamətdə ciddi səylər göstərdiyi vurğulanıb.

Robert Olifant Azərbaycan diasporunun Kanada cəmiyyətinə inteqrasiyasını yüksək qiymətləndirib. Kanada dövlətinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü dəstəklədiyini söyləyən XİN parlament katibi icmamızın tarixi vətənlərinin imicinin yüksəldilməsi və mədəniyyətinin tanıdılması istiqamətində Kanadada gördüyü işləri müsbət qiymətləndirib.

Komitə sədri Kanada-Azərbaycan ikitərəfli münasibətlərinin daha da inkişaf edəcəyinə ümid etdiyini bildirib.

“Peys Hüquq Firması”nın (“Pace Law Firm”) təsisçisi və rəhbəri Al Peyslə görüşdə isə şirkətin hüquqi xidmətləri barədə ətraflı məlumat verilib və fəaliyyətinə dair təqdimat keçirilib. 1981-ci ildə əsası qoyulan şirkətin beş ofisində 160-dan çox hüquqşünasın çalışdığı və müştərilərə 38 dildə xidmət göstərdiyi vurğulanıb.

Al Peys qeyd edib ki, özü əslən Litvadan olduğu üçün litov icmasının fəaliyyətində iştirak edir və rəhbərlik etdiyi şirkət litov gənclərinin startap layihələrini təmənnasız olaraq dəstəkləyir.

Komitə sədri ölkəmizin inkişafı, diaspor quruculuğu və Azərbaycan icma üzvlərinin yerli cəmiyyətə inteqrasiyası ilə bağlı həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Azərbaycan diasporu üzvlərinin müxtəlif ölkələrdə, o cümlədən Kanadada biznes sahəsində çalışdıqlarına, xarici ölkələrin iqtisadiyyatına töhfələr verdiklərinə diqqət cəlb olunub. İnteqrasiya sahəsində soydaşlarımızın qarşılaşdıqları hüquqi çətinliklərin aradan qaldırılması yolları və əməkdaşlıq perspektivləri müzakirə edilib.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/komite-sedrinin-kanada-xin-in-parlament-katibi-ve-peys-huquq-firmasi-nin-rehberi-ile-gorusleri-kecirilib-2745

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.