DOLAR

Alış:
Warning: Undefined variable $dolarAlis in /home/u683262013/domains/birecikte.com/public_html/wp-content/themes/ohaber/parts/currency.php on line 34

Satış:
Warning: Undefined variable $dolarSatis in /home/u683262013/domains/birecikte.com/public_html/wp-content/themes/ohaber/parts/currency.php on line 35

EURO

Alış:
Warning: Undefined variable $euroAlis in /home/u683262013/domains/birecikte.com/public_html/wp-content/themes/ohaber/parts/currency.php on line 39

Satış:
Warning: Undefined variable $euroSatis in /home/u683262013/domains/birecikte.com/public_html/wp-content/themes/ohaber/parts/currency.php on line 40

GBP

Alış:
Warning: Undefined variable $sterAlis in /home/u683262013/domains/birecikte.com/public_html/wp-content/themes/ohaber/parts/currency.php on line 44

Satış:
Warning: Undefined variable $sterSatis in /home/u683262013/domains/birecikte.com/public_html/wp-content/themes/ohaber/parts/currency.php on line 45

Ana Sayfa DÜNYA 3 Mart 2023

Qazaxıstanın Türküstan vilayətində Xocalı soyqırımı qurbanları yad edilib

 

 

 

Qazaxıstanın Türküstan vilayətində Xocalı soyqırımı qurbanları yad edilib
, 2023
Qazaxıstanın Türküstan vilayətində Xocalı soyqırımı qurbanları yad edilib
Qazaxıstanın Türküstan vilayətində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

“Qarabağ” Azərbaycan Etnomədəni Birliyinin təşkilatçılığı ilə Sayram rayonunun Ağsu kəndində baş tutan anım tədbirində yerli hakimiyyət orqanlarının, qeyri-hökumət təşkilatlarının, müxtəlif icmaların nümayəndələrindən ibarət 500 nəfər iştirak edib.

Tədbirdə çıxış edən birliyin sədri Ramilə Mustafayeva bildirib ki, hər il fevralın 26-da Azərbaycan xalqı, dünya azərbaycanlıları və türk birliyi 31 il öncə erməni hərbi birləşmələri tərəfindən xüsusi amansızlıqla qətlə yetirilmiş Xocalı soyqrımı qurbanlarının xatirəsini yad edir. Xocalı qətliamını Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi adlandıran birlik sədri bu qorxunc hərbi cinayətin törədilməsinə görə Ermənistanın o zamankı siyasi-hərbi rəhbərliyinin və Qarabağdakı erməni separatçılarının məsuliyyət daşıdığını nəzərə çatdırıb.

Dünya azərbaycanlılarının, o cümlədən Qazaxıstanda yaşayan soydaşlarımızın da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində bu faciəyə beynəlxalq səviyyədə hüquqi qiymət verilməsini və bu dəhşətli faciəni törədən erməni cinayətkarlarının ədalət məhkəməsinə cəlb olunması məqsədilə qətiyyətli addımlar atılılmasını tələb etdiyi vurğulanıb.

Tədbir iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımı haqqında broşürlər, nişanlar və “Sonsuz dəhliz” filminin diskləri paylanıb.

FOTO QALEREYA

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/qazaxistanin-turkustan-vilayetinde-xocali-soyqirimi-qurbanlari-yad-edilib-2512

 

 

BEYNSOFT