85 ölkədən 1000-ə yaxın soydaşımızın iştirakı ilə videokonfrans keçirilib
2025
85 ölkədən 1000-ə yaxın soydaşımızın iştirakı ilə videokonfrans keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 85 ölkədən 1000-ə yaxın soydaşımızın iştirak etdiyi videokonfrans təşkil olunub. 2024-cü ilin yekunlarına həsr olunan videokonfransda xaricdəki Azərbaycan Evlərinin, Koordinasiya Şuralarının, həftəsonu məktəblərinin nümayəndələri, dünyanın nüfuzlu ali məktəblərinin, elmi mərkəzlərinin azərbaycanlı alim və professorları, müxtəlif sahələri təmsil edən nüfuzlu şəxslər, mədəniyyət və incəsənət xadimləri iştirak edib.
https://x.com/DiasporaAz/status/1882660505053217117
Giriş sözü ilə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan dövlətinin diaspor siyasəti, 2024-cü ildə həyata keçirilən layihələr barədə məlumat verib, diaspor quruculuğunun uğurla davam edən yeni və mühüm mərhələsindən danışıb, bu sahəyə töhfələr verən soydaşlarımıza təşəkkür edib. Bildirilib ki, bu gün dünya azərbaycanlıları bir yumruq kimi birləşib, ölkəmizin nüfuzunun daha da artırılması üçün mühüm addımlar atır, hər zaman Azərbaycanın yanında olduqlarını və dövlət başçısının siyasətini dəstəklədiklərini bəyan edirlər. Komitə sədri qeyd edib ki, bu gün ölkəmizi dünyada layiqincə təmsil edən yüzlərlə soydaşımızın biryerdə olması onların hər zaman dövlətimizin yanında olmalarının göstəricisidir və bu, güclü Azərbaycanın güclü diasporunun formalaşdığının ən bariz nümunəsidir.
https://x.com/DiasporaAz/status/1882660505053217117
Komitənin və Azərbaycan diasporunun illik fəaliyyətinə dair qısa videohesabatın təqdimatından sonra ilin yekunları ilə bağlı geniş və maraqlı fikir mübadiləsi aparılıb, nəticələr təhlil olunub.
Ötən il diaspor quruculuğu sahəsində qazanılan saysız uğurlardan danışan soydaşlarımız birlik və bərabərliyin təmin olunmasını, diasporun inkişafı ilə bağlı çevik mexanizmlərin yaradılması yolunda görülən işləri, həyata keçirilən layihələri təqdir edib, diaspora çoxistiqamətli yanaşmaların perspektivləri ilə bağlı təkliflərini səsləndiriblər.
https://x.com/DiasporaAz/status/1882660505053217117
Çıxış edənlər milli maraqlarımızın beynəlxalq aləmə çatdırılması sahəsində ildən-ilə daha sistemli yanaşmanın formalaşdığına diqqət çəkiblər. Belə geniştərkibli konfransın təşkil olunmasının icmalararası münasibətlərin inkişafına təkan verdiyini nəzərə çatdırıblar. Ənənə halını alan videokonfransı diaspora müasir konseptual yanaşmanı formalaşdıran güclü siyasi platforma kimi qiymətləndiriblər.
https://x.com/DiasporaAz/status/1882660505053217117
Konfrans boyu xarici ölkələrdə yaşayan azərbaycanlı musiqiçilərin ifaları səslənib, icma üzvlərinin, Azərbaycan Evlərinin və həftəsonu məktəblərinin kollektivlərinin hazırladığı videomateriallar nümayiş olunub. Hər bir ifa, hər bir videomaterial iştirakçıların zövqünü oxşayıb və sürəkli alqışlarla qarşılanıb.
Videokonfransda Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfələr verən bir qrup soydaşımız “Diaspor fəaliyyətində xidmətə görə” AR medalı ilə təltif olunub.
Konfrans iştirakçıları Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dünya azərbaycanlılarına göstərdikləri həssas münasibət və qayğıya görə minnətdarlıqlarını bildirib, hər zaman Azərbaycanın sevincinə sevinib, kədərinə şərik olacaqlarını bəyan ediblər.
Videokonfrans icma üzvlərinin suallarının cavablandırılması ilə yekunlaşıb.
Foto qalereya
https://x.com/DiasporaAz/status/1882660505053217117
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/85-olkeden-1000-e-yaxin-soydasimizin-istiraki-ile-videokonfrans-kecirilib-5471
https://x.com/DiasporaAz/status/1882660505053217117
Birleşik Rusya Genel Konseyi Başkanlığı, Senatör Igor Kastyukevich’i partinin acil durumlardaki gönüllü çalışmalarından sorumlu komiseri olarak atadı
“Birleşik Rusya” bölgelerinde Rus Öğrenciler Günü nedeniyle etkinlikler düzenlendi
Мемлекет басшысы «Қазпошта» АҚ басқарма төрағасы Әсел Жанасованы қабылдады
CHP BİRECİK İLÇE BAŞKANI HASAN KURT BAŞKANLIĞINDA İLK YÖNETİM KURULU TOPLANTISI YAPILDI
AK PARTİ BİRECİK İLÇE BAŞKANI EROL ERGİN AÇILAN `DAN MİRAÇ KANDİLİ MESAJI
BİŞIMARIK TEKSTİL YÖNETİM KURULU BAŞKANI HAMİT UÇAR`DAN MİRAÇ KANDİLİ MESAJI